Namik Xıdırov: ərazidəki talalar kol-kosdan, qurumuş ağaclardan təmizlənib
30 İyun 2021, 15:30
Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağı Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə çay bağının salınması üçün “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.
O qeyd edib ki, sözügedən ərazi kol-kos basmış quru sahələrdən və talalardan ibarət olub, ərazidə ağac kəsilməsi faktı olmayıb, olmayacaq və ağacların məhv edilməsindən də söhbət gedə bilməz.
“Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənir. Ərazi nəzarətə götürülüb”.