Havada toz dumanı davam edir
21 İyun 2021, 14:15
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Avtomatik stansiyalardan saat 14:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin qatılığı sanitar normadan 2.6 dəfə yüksək qeydə alınıb.
Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.