Xəbərlər


17 iyun Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür!

17 İyun 2021, 12:20

Bu il “Səhralaşma və Quraqlıqlıqla Mübarizə Günü”nün şüarı “Bərpa. Torpaq. Dirçəliş”, əsas hədəfi isə tənəzzülə uğramış torpaqların məhsuldar torpağa çevrilməsidir. Deqradasiya olunmuş torpaqların bərpası iqtisadi dayanıqlıq, yeni iş yerlərinin yaranması, ərzaq təhlükəsizliyi və gəlirlərin artması deməkdir. Torpaqların bərpası həmçinin biomüxtəlifliyin qorunmasına kömək edir. Eyni zamanda iqlim dəyişikliyinin qarşısının alınması təşəbbüslərinə öz töhfəsini verir.

100-dən çox ölkənin cari öhdəlikləri yaxın on ildə təxminən 1 milyard hektar ərazinin - demək olar ki, Çin böyüklüyündə bir ərazinin bərpasını müəyyənləşdirir. Bu ərazilərin bərpası insanlar və planet üçün böyük fayda verə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan 1998-ci ildə BMT-nin “Səhralaşmaya qarşı mübarizə” beynəlxalq konvensiyasını ratifikasiya edib. Konvensiya çərçivəsində öhdəlikləri yerinə yetirərək qlobal səylərə öz töhfəsini verir.