Xəbərlər


Ağacları kəsən şirkət cəzalandırılıb

26 May 2021, 11:00

Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Araşdırma zamanı ağacların Balaxanı NQÇİ-nin əməkdaşları tərəfindən tikinti işləri aparılan zaman məhv edildiyi müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib olunub. 

Balaxanı Əməliyyat Şirkətinin hüquqi şəxs qismində cərimə oluması üçün toplanmış materiallar Sabunçu rayon Məhkəməsinə göndərilib və şirkət məhkəmənin qərarı ilə 35000 manat məbləğində cərimə edilib.