“Sahillər təmiz qalsın” şüarı altında sahilyanı təmizlik aksiyası keçirilib
07 İyun 2021, 14:05
5 iyun tarixində çimərlik mövsümünün açılışı, eləcə də Ümumdünya Ətraf Mühit Günü münasibətilə “Sahillər təmiz qalsın” şüarı altında sahilyanı təmizlik aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə Şüvəlan çimərliyi ərazisində keçirilən aksiyada iştirakçıların topladıqları bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.