Məktəblilər üçün açıq havada eko-dərs keçirilib
05 İyun 2021, 13:50
Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) iştirakı ilə açıq havada 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində “Gənc ekoloq”, “Aqro-biomüxtəliflik” sinif otaqlarının, “Alternativ enerji” meydançasının və məktəblilərin eko-evinin açılışı olub.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və RUGİM tərəfindən “Alternativ enerji” meydançasının və məktəblilərin eko-evinin yay proqramı elan edilib. ETSN tərəfindən RUGİM-ə hədiyyə edilən “Biomüxtəliflik və ekosistem xidməti” haqqında interaktiv elektron stendin təqdimatı olub.
Eyni zamanda pandemiya qaydalarına uyğun olaraq sosial məsafə gözlənilməklə interaktiv oyunlar və təlimlər təşkil olunub. Sonda 50 nəfər məktəbli arasından qaliblər seçilərək mükafatlandırılıb və bütün iştirakçılara hədiyyələr təqdim olunub.