Xəbərlər


Havada toz dumanı müşahidə edilir

30 May 2021, 21:17

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında havada  tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Hazırda havada tozun miqdarı şəhərin müxtəlif rayonlarında 1.1-1.9 dəfə normadan çoxdur. 
 
Müşahidə edilən tozlu hava lokal xarakter daşıyır. Buna səbəb ölkə ərazisində şimal-qərb küləyinin arabir güclənərək torpağın üst quru səthində formalaşan toz kütlələrini yuxarı qaldırmasıdır. 
 
Qeyd edək ki, proses müvəqqəti xarakter daşıyır. Sabah gündüz saatlarından başlayaraq havada tozun miqdarı tədricən azalacaq.