Ağacın kəsilməsi ilə bağlı araşdırma aparılır
26 May 2021, 15:45
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Abbas Zamanov küçəsi 11-19 ünvanında tikinti aparılan binanın qarşısında bir akasiya ağacının kəsildiyi və üstünün torpaqla örtüldüyü məlum olub.
Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.