Xəbərlər


Milli parklarımız tətil günlərində ziyarətçiləri xüsusi proqramlarla qarşılayacaq

12 May 2021, 23:00

Abşeron milli parkında Ailə Biznesinə Asan Dəstək (ABAD) publik hüquqi şəxs tərəfindən iaşə xidməti təklif ediləcək, ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitəsi olan elektro skuterlərin təqdimatı və test sürüşləri təşkil olunacaq. Eyni zamanda, Zirə qəsəbəsində istehsal olunan ekoloji təmiz ərzaq məhsullarının sərgisi və satışı həyata keçiriləcək, uşaqlar və böyüklər üçün tədbirlər, viktorinalar təşkil olunacaq.
Tarix: 13, 14, 15 may
Tel: 050 210 44 14

Altıağac milli parkının ərazisində yerləşən və el arasında “Şeyx Şamil” adlanan qalaya piyada yürüş təşkil olunacaq.
Tarix: 13, 14, 15 may
Qeyd: Milli parkın girişindən 11 km məsafənin bir qismi avtomobillə, digər qismi isə meşənin içi ilə piyada gedilir.
Tel: 077 335 93 55

Göygöl milli parkında Göygölün mənbəyinə piyada tur təşkil olunacaq. Tur zamanı Ağsu çayını yaxından seyr etmək mümkün olacaq.
Tarix: 14 may, saat 11.00
Qeyd: Toplanış yeri - Göygöldə avtodayanacaq. Məsafə təxminən 4 km-dir. Özünüzlə yüngül qida və su götürə bilərsiniz.
Tel: 050 222 93 24

Ağgöl milli parkını ziyarət edəcək turistlər Böyük Ağgöl marşrutu üzrə motorlu qayıqla gölün mənzərəsini seyr edə biləcəklər. Azyaşlı turistlər üçün estakadadan göldə balıqları izləmə imkanı olacaq.
Tarix: 13, 14, 15 may
Tel: 050 286 16 61

Samur-Yalama Milli Parkında turistlər meşə və dəniz ekosisteminin qovuşduğu turizm marşrutu boyunca hərəkət edərək marşrutun sonunda Xəzər dənizinin sahilində quşlarının müşahidəsini apara bilərlər.
Tarix: 13, 14, 15 may
Tel: 055 794 64 10

Hirkan milli parkında Xanbulan gölü marşrutu boyunca piyada tur təşkil olunacaq. Həmçinin istəkdən asılı olaraq sitrus bağı və Lənkəran çay plantasiyasına gəzinti təşkili mümkündür.
Tarix: 13, 14, 15 may
Tel: 051 551 36 18

Şirvan milli parkında safari nəqliyyat vasitələri ilə ceyranları seyr etmək və Flaminqo gölündə quşların müşahidəsini həyata keçirmək mümkün olacaq.
Qeyd: Binokldan istifadə etmək istəyənlər milli park əməkdaşlarına müraciət edə bilərlər.
Tarix: 13, 14, 15 may
Tel: 051 335 63 56

Qızılağac milli parkında turistlər Kiçik Qızılağac körfəzində quşları seyr edə və turac marşrutunda piyada yürüş edə bilərlər.
Tarix: 13, 14, 15 may
Qeyd: Azyaşlı turistlər məlumat mərkəzində interaktiv lövhələrdə müxtəlif oyunlar oynaya bilərlər.
Tel: 050 329 94 06

Şahdağ Milli Parkının bölmələrində aşağıdakı marşrutlar üzrə turlar təşkil olunacaq.

Oğuz bölməsi:
14 may - Daşağıl şəlaləsi
15 may - Qurucay şəlaləsi
Tel:051 438 84 24

Şamaxı bölməsi:
13 may - Xalıt şəlaləsi
14 may - Buğurt qalası
15 may - Xalıt şəlaləsi
Tel:055 685 97 50

Qəbələ bölməsi:
14 may - Soyuqbulaq şəlaləsi
15 may - Zəyli şəlaləsi
Tel:050 427 80 77

İsmayıllı bölməsi:
14 may - Qalacıq şəlaləsi
15 may - Buynuz marşrutu
Tel:077 501 32 88