Xəbərlər


“Eko-Radar” bölməsinə daxil olan şikayət təsdiqini tapdı

29 Aprel 2021, 13:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2 B ünvanında ağacların kəsilməsil ilə bağlı daxil olan məlumat şikayətçinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 5 meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər Abşeron rayon Polis İdarəsinə göndərilib.