22 aprel Beynəlxalq Yer Günüdür
22 Aprel 2021, 10:06
Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün bayram edilməsi XIX əsrin 40-cı illərindən başlayır. 1872-ci ildə C. Morton Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur.
1970-ci ildən etibarən ətraf mühitin əhəmiyyətinin təbliğatı, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri əhatə etməsi ilə əlaqədar olaraq bu təqvim “Yer günü” adlandırılmışdır.