Xəbərlər


Ekoloji biliklər günü münasibətilə sorğu keçirilib, ekoçantalar paylanılıb

15 Aprel 2021, 14:05

Ekoloji biliklər günü münasibətilə ekokönüllülər tərəfindən müxtəlif yaş kateqoriyalı insanlar arasında sorğu keçirilərək onların plastik tullantıların zərərləri, təkrar emala dəstək, tullantıların çeşidlənməsi, polietilen torbaların və plastik qabların alternativlərindən istifadə, suya qənaət yolları haqqında fikirləri öyrənilib. Həmçinin onlara ekoçantalar hədiyyə edilərək ətraf mühitin qorunmasında dəstək olmağa çağırışlar edilib.

Hər kəsi təbii resurslardan dayanıqlı istifadə, sağlam ətraf mühit naminə birgə səy göstərməyə, öz töhfəsini əsirgəməməyə çağırırıq.