“Yaşıl Marafon” layihəsi çərçivəsində əhaliyə ağac tingləri paylanılıb
04 Aprel 2021, 18:00
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində əhaliyə ağac tinglərinin paylanması kampaniyası keçirilib.
Aprelin 3-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Əhmədli qəsəbəsində yerləşən BRAVO hipermarketini ziyarət edən alıcılara ağac tingləri hədiyyə edilib.
Tədbirin yekununda gənc könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, “Yaşıl Marafon” layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə əkin mövsümü müddətində bir milyona yaxın ağac əkilməsini, yaşıllıq sahələrinin artırılmasını hədəfləyir.