Qanunsuz ov edən şəxslər cəzalandırılıb
23 Fevral 2021, 15:10
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 15-21 fevral 2021-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonu Mamusta kənd sakini Səbuhi Qurbanov, Ağstafa rayonu Zəlimxan kənd sakinləri İsbəndiyar Məmmədov, Tağı Kazımov, Bakı şəhər sakinləri Habil Əliyev, Mehdi Sülemanov, Əjdər Əsgərov və Mirsəməd Abbasov ov qaydalarını pozduqlarına görə saxlanılıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
“Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının Ağstafa rayonununda keçirdiyi birgə nəzarət tədbirləri zamanı isə Ağstafa rayonunun Zəlimxan kənd sakinləri İsbəndiyar Məmmədov və Tağı Kazımov ov qaydalarını pozduqlarına görə saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib”.