Xəbərlər


Brakonyerlər saxlanılıb

19 Fevral 2021, 11:00

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Kiçik körfəz” adlanan ərazisində ova cəhd edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerlərin Masallı rayonu Nəzəroba kənd sakinləri Möhsüm, Elgün və Rasim Nəzərovlar olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.