“BMTİP-QEF Kür II layihəsi” çərçivəsində hazırlanmış “Kür boxçası” tədris vəsaiti və “Suyu qoruyanlar” komikslər kitablarının təqdimatı keçirilib
20 Fevral 2021, 16:25
19 fevral 2021-ci il tarixində Bakı Kitab Mərkəzində məktəblilər üçün suyun səmərəli istifadəsinə həsr olunmuş maarifləndirici mühazirə təşkil edilib.
Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru xanım Günel Anarqızı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri xanım Səyyarə Məmmədova, “BMTİP-QEF Kür II layihəsi”nin Kommunikasiya üzrə regional meneceri xanım Sona Quliyeva çıxış ediblər. Eyni zamanda "Simurq" uşaq musiqi festivalının qaliblərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Sonda məktəblilərə “Kür boxçası” tədris vəsaiti, “Suyu qoruyanlar” komikslər kitabları və sertifikatlar verilib.
Qeyd edək ki, Bakı Kitab Mərkəzində müxtəlif ekspertlər tərəfindən məktəblilər üçün maarifləndirici mühazirələr davam edəcək.