Qanunsuz ov edən şəxslər cəzalandırılıb
22 Dekabr 2020, 12:50
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir su anbarında, Xəzər dənizinin Xaçmaz rayonu sahilində və Yuxarı Qarabağ kanalının Ağcabədi rayonundan keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Faiq Hacıyev, Xaçmaz şəhər sakini Pənah Hümmətov, Yevlax rayon sakini Nəvi Qasımov, Beyləqan rayon sakini Əliyar Hüseynov olduğu məlum olub və onlardan istifadəsi qadağan olunan ov alətləri götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri qanunvericiliyə uyğun qaydada cərimə edilib.
“Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı isə Qəbələ rayonu ərazisində qanunsuz ov edən rayon sakini Alik Pircaari saxlanılıb. Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və o, qanunamüvafiq qaydada cərimə olunub”.