Qanunsuz ov edən şəxslər cəzalandırılıb
15 Dekabr 2020, 11:05
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayınının Qazax rayonundan keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Teymur Şıxməmmədov olduğu məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, 700 manat məbləğində cərimə edilib.
“Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı isə Ağcabədi rayonunun ərazisində qanunsuz ov edən Ağcabədi rayon sakini Şamil Əmirli saxlanılıb. Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub”.