Xəbərlər


İctimai dinləmələr keçiriləcək

26 Noyabr 2020, 14:00

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi və bu məqsədlə  ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 2-3 dekabr 2020-ci il tarixlərində saat 15:00-da videoformatda növbəti ictimai dinləmələr keçiriləcək.

Layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmələrdə Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə ediləcək, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul olunması üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.