Xəbərlər


Qanunsuz ov edən şəxslər cəzalandırılıb

17 Noyabr 2020, 10:55

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xəzər dənizi sahilində, Saatlı rayonunun daxili su hövzəsində, Mingəçevir, Şəmkir su anbarlarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakinləri Dilsuz Hacıyev və Murad Ağayev, Xızı rayon sakini Kamran Qurbanov, Saatlı şəhər sakini Raqif Yusifov, Mingəçevir şəhər sakinləri Aslan Baxışov və Tural İhmədov, Biləsuvar rayon sakini İmaməddin Muradov və Şəmkir rayon sakini Emin Əhmədov olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 700 manat məbləğində cərimə edilib.

“Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Salyan şəhər sakini Ələkbər Ələkbərov, Sabirabad rayon sakini Samir Hüseynov, Mingəçevir şəhər sakini Əlizamin Alışov, Biləsuvar rayon sakini Əli Ağayev, Astara rayon sakini Sadiq Dadaşov saxlanılıb, təqsirkar şəxslər barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.