Xəbərlər


İctimai dinləmə keçiriləcək

30 Oktyabr 2020, 11:35

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 4 noyabr 2020-ci il tarixində videoformatda növbəti ictimai dinləmə keçiriləcək.

Layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə ediləcək, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul olunması üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.

İctimai dinləmədə iştirak etmək istəyənlər Dövlət Ekoloji Ekspertiza Agentliyinin şöbə müdiri Mübariz Əliyevə müraciət edə bilərlər.

055-900-55-15
055-455-39-39

İctimai dinləmə 4 noyabr 2020-ci l tarixində saat 14:00-da keçiriləcək.