Xəbərlər


“Qaynar xətt”ə daxil olan şikayət əsasında sexin rəhbərliyinə məcburi göstəriş verilib

20 Oktyabr 2020, 11:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”inə Binəqədi rayonu, 7-ci mikrorayon sakinləri tərəfindən yaxınlıqda yerləşən metaləritmə sexinin fəaliyyəti zamanı havaya tüstü və tozun yayılması ilə bağlı daxil olan məlumat şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən metaləritmə sexində qaz-toztutucu qurğunun quraşdırılmadığı səbəbindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub, tez bir zamanda qaz-toztutucu qurğunun quraşdırılması üçün sexin rəhbərliyinə məcburi göstəriş verilib.