Xəbərlər


Yanğın baş verən ərazidə  monitorinq və araşdırmalara başlanılıb

09 Oktyabr 2020, 20:06

Bu  gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ətrafa və atmosferə yayılması ehtimalı  olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.