Xəbərlər


Havada toz dumanı müşahidə edilir

07 Sentyabr 2020, 13:03

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən 7 sentyabr 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz dumanı müşahidə edilir. 
Peyk müşahidələrinə əsasən transsərhəd xarakter daşıyan və cənub, cənub-şərq istiqamətli küləklər vasitəsilə daxil olan toz dumanının 9 sentyabr axşam saatlarınadək davam edəcəyi gözlənilir.