Tibbi tullantıların düzgün idarə olunması ilə bağlı növbəti tədbir keçirilib
12 Noyabr 2019, 09:00
Regionlarda tibbi tullantıların düzgün idarə olunması ilə bağlı növbəti tədbir Sumqayıt şəhərində keçirilib.
Sumqayıt, Xızı, Abşeron və Qobustan rayonlarının tibb müəssisələrinin, yerli icra hakimiyyətlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyi görüşdə tibbi tullantıların düzgün idarə edilməsi ilə bağlı ETSN tərəfindən keçirilmiş monitorinqlərin nəticələri, tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları müzakirə olunub.