Elanlar


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru barədə bildiriş

20 Oktyabr 2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Respublikasının Abşeron yarımadasında yerləşən 12 prioritet gölün qiymətləndirilməsi, sağlamlaşdırılması, təmizlənməsi, ekoloji reabilitasiyası və dayanıqlı idarə olunması üzrə kompleks texniki-iqtisadi əsaslandırmanın hazırlanması” xidmətinin satın alınması məqsədilə təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunu həyata keçirir.

Azərbaycan Respublikasının qanunvericiliyində dövlət mənsubiyyətinə görə nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, rezident və qeyri-rezident təchizatçılar prosedurda iştirak edə bilərlər.

Prosedurda iştirak etmək istəyən təchizatçılar +994 12 597 01 68 (daxili: 1200) telefon nömrəsinə və ya emin.garabaghli@eco.gov.az elektron poçt ünvanına müraciət etməklə uyğunluğa dair sənədlər toplusunun elektron nüsxəsini əldə edə bilərlər.

Uyğunluğa dair sənədlər toplusunda müəyyən edilmiş tələblər əsasında hazırlanmış və imzalanmış sənədlər qapalı, ikiqat zərfdə 4 noyabr 2026-cı il saat 16:00-dək (Bakı vaxtı ilə) aşağıdakı ünvana təqdim edilməlidir.

Təqdim edilmiş sənədlər uyğunluğa dair sənədlər toplusunda müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcəkdir. Yalnız uyğunluq göstəricilərinə cavab verən təchizatçılar satınalmada iştirakı davam etdirə biləcəklər.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 100A