12 İyn 2026
“Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilibMeşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Ağcabədi, Bərdə, Zaqatala və Masallı rayonlarının meşə sahələrində, eləcə də Samur-Yalama Milli Parkı və Zaqatala Dövlət Təbiət Qoruğunda “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər təşkil olunub.