• Bakı
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Sumqayıt
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Naxçıvan
  • Gündüz +17°C,
  • Gecə +4°C
  • Xankəndi
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Şuşa
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Xocalı
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Xocavənd
  • Gündüz +13°C,
  • Gecə +5°C
  • Qubadlı
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Zəngilan
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Laçın
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Kəlbəcər
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Daşkəsən
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Gədəbəy
  • Gündüz +14°C,
  • Gecə +6°C
  • Ağdam
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +6°C
  • Füzuli
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Gəncə
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Qazax
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Naftalan
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Şəki
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağstafa
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Qəbələ
  • Gündüz +16°C,
  • Gecə +5°C
  • Şamaxı
  • Gündüz +14°C,
  • Gecə +5°C
  • Zaqatala
  • Gündüz +17°C,
  • Gecə +7°C
  • Xızı
  • Gündüz +14°C,
  • Gecə +3°C
  • Siyəzən
  • Gündüz +16°C,
  • Gecə +7°C
  • Şabran
  • Gündüz +17°C,
  • Gecə +7°C
  • Quba
  • Gündüz +16°C,
  • Gecə +6°C
  • Qusar
  • Gündüz +15°C,
  • Gecə +4°C
  • Xaçmaz
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Kürdəmir
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Yevlax
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Ağcabədi
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Ağdaş
  • Gündüz +17°C,
  • Gecə +8°C
  • Göyçay
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Bərdə
  • Gündüz +16°C,
  • Gecə +9°C
  • İmişli
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Salyan
  • Gündüz +19°C,
  • Gecə +10°C
  • Beyləqan
  • Gündüz +16°C,
  • Gecə +8°C
  • Saatlı
  • Gündüz +18°C,
  • Gecə +9°C
  • Hacıqabul
  • Gündüz +18°C,
  • Gecə +10°C
  • Masallı
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Lənkəran
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Lerik
  • Gündüz +15°C,
  • Gecə +5°C
Saytın Xəritəsi

Əsasnamə

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamenti haqqında 
Ə S A S N A M Ə

Azərbaycan Respublikası 
Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin «12» mart 2003-cü il 
tarixli 177/ü nömrəli Əmri ilə
təsdiq edilmişdir

I. Ümumi müddəalar

1.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – “Nazirlik”) 2002-ci il 30 dekabr tarixli 2633/ü nömrəli Əmri ilə çevrilmə şəklində yenidən təşkil edilmiş və Nazirliyin Milli Hidrometeorologiya Departamenti (bundan sonra–“Departament”) adlandırılmışdır.

2. Departanment Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində hidrometeoroloji şərait və iqlim xüsusiyyətləri üzərində müşahidələr aparan, onların təhlilini və proqnozlaşdırılmasını həyata keçirən, bu sahədə milli və beynəlxalq tələbatın ödənilməsi üçün hidrometeoroloji xidmətləri həyata keçirən orqandır. 

3.Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərar və sərəncamlarını, Nazirliyin Əsasnaməsini, qərar, əmr, sərəncam və göstərişlərini, bu Əsasnaməni və həmin sahədə olan digər normativ –hüquqi aktları rəhbər tutur. 

4.Departament öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. 

5.Departamentin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. 

6.Departament müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən Dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, bank hesabına malikdir. 

7.Departament öz fəaliyyətini bilavasitə və Nazirliyin Regional Hidrometeorologiya Müəssisələri, Hidrometeorologiya, Baş Aviameteorologiya, Rabitə Telekommunikasiya, İqlim Dəyişmələr və Ozon Mərkəzləri, Hidrometeoroloji praqnozlar Bürosu, Radiometeoroloji və Aeroloji Rəsədxanası, Atmosfer Proseslərinə Fəal Təsir Təcrübə -Sınaq Poliqonu və İxtisaslaşdırılmış Göl Stansiyası vasitəsi ilə həyata keçirir. 

8.Departament Bakı şəhəri, Moskva prospekti-50 ünvanında yerləşir. 


II. Departamentin əsas vəzifələri

9.Departamentin əsas vəzifələri aşağıdakılardır: 

9.1.Hidrometeroloji müşahidələrin təşkilini, aparılmasını, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin etmək; 

9.2.Azərbaycan Respublikası ərazisinin, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin hirometeoroloji rejiminin və iqlim xüsusuiyyətlərinin öyrənilməsini həyata keçirmək; 

9.3. Azərbaycan Respublikasının ərazisində, atmosferin yüksək təbəqələri də daxil olmaqla hidrometeoroloji hadisələr və prosesləri öyrənmək, təhlil etmək və proqnozlaşdırmaq; 

9.4.Hidrometeorologiyanın inkişaf etdirilməsi istiqamətində proqram və layihələr hazırlamaq; 

9.5. Hidrometeorloji və digər geofiziki proseslərdən əhaliyə və iqtisadiyyata dəyə biləcək mümkün ziyanın azaldılması və tənzimlənməsi məqsədi ilə bu proseslərə aktiv təsir işlərini həyata keçirmək; 

9.6. Dövlət sirri təşkil edən məlumatlar, o cümlədən fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirrlərini yaymamaq; 

9.7.Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək. 


III. Departamentin funksiyaları

10.Departament, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 

10.1.Əhalini, idarə, müəssisə və təşkilatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada hidrometeoroloji məlumatlarla, təhlükəli atmosfer hadisələri haqqında xəbərdarlıqlarla, meteoroloji və aqrometeoroloji proqnozlarla, iqlim xarakteristikaları, səth sularının hidroloji recimi, Xəzər dənizinin (gölünün) hidrometeoroloji xüsusiyyətləri haqqında məlumatlarla təmin edir; 

10.2. Hidrometeoroloji məlumatların operativ olaraq yığılmasını, yoxlanmasını, təhlil edilməsini, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada yerli, regional və beynəlxalq təşkilatlarla yayımlanmasını təmin edir; 

10.3. Yerüstü suların uçotunu aparır, Dövlət Su Kadastrının aparılmasından irəli gələn məsələləri həll edir; 

10.4. Müşahidə sistemlərinin səmərəli fəaliyyət göstərməsini, hidrometeoroloji stansiya və digə müşahidə məntəqələrinin normal işini təmin edir; 

10.5. Yerüstü su obyektlərində, kənd təsərrüfatı bitkiləri üzərində, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşələrdə, otlaqlarda, yer səthində və atmosferdə radiasiya durumu üzərində sistematik müşahidələr aparır; 

10.6. Antropogen təsir nəticəsində ozon təbəqəsində gedən dəyişikliklər, eləcə də atmosferdə ozonun ümumi miqdarı üzərində müşahidələr və tədqiqatlar aparır; 

10.7. Xəzər dənizinin (gölünün) hidrometeoroloji və səviyyə rejimini öyrənmək məqsədi ilə müşahidələr təşkil edir; 

10.8. Əhaliyə, iqtisadiyyata ziyan vuran, qəzalara gətirib çıxara biləcək təhlükəli və xüsusilə təhlükəli hidrometeoroloji hadisələr (sellər, güclü küləklər, qasırğa, sahillərin subasması, qar uçqunları, güclü şaxtalar, quraqlıqlar və s.) haqqında xəbərdarlıqların hazırlanmasını və onların dövlət idarəetmə orqanlarına, əlaqədar təşkilatlarla və əhalinin nəzərinə çatdırılmasını təmin edir; 

10.9. Kür, Araz çaylarının və digər daxili suların hövzələri, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə məlumatların təhlili əsasında su təsərrüfatı balansının su ehtiyatalarından kompleks istifadənin və onların mühafizəsinin perspektiv sxemlərinin hazırlanmasında və onların həyata keçirilməsində iştirak edir; 

10.10. Atmosferdə, Xəzər dənizinin (golünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su tutarlarında habelə quruda, hidrometeoroloji proseslərin monitorinqini keçirir, regional iqlim dəyişmələrinin və bu sahədə digər qlobal hidrometeoroloji problemlərin ölkə əhalisinə və iqtisadiyyata təsirini araşdırır; 

10.11. Beynəlxlaq və yerli aeronaviqasiyaya meteoroloji xidmətin göstərilməsi üçün səlahiyyətli meteoroloji orqan səlahiyyətlərini həyata keçirir; 

10.12. Aviasiyanın meteoroloji təminatının beynəlxalq səviyyədə həyata keçirilməsi məqsədi ilə Nazirliklə razılaşdırılmış qaydada aviameteoroloji stansiya və məntəqələr təşkil edir, müşahidələr aparır və proqnozlar tərtib edir; 

10.13. Təhlükəli hidrometeoroloji və digər təbi hadisələrin əmələ gəlməsinin və inkişafının doğurduğu nəticələr üzrə sistemli müşahidələr təşkil edir və aparır; 10.14. Qanunvericilikdə müəyyən edilmiş qaydada hidrometeoroloji məlumatların xarici ölkələrlə, beynəlxalq təşkilatlarla mübadiləsini və uzlaşmasını həyata keçirir, bu sahədə hidrometeorologiya, habelə hidrometeoroloji proseslərə fəal təsir üzrə qabaqcıl təcrübədən istifadə olunmasını təmin edir; 

10.15. Azərbaycan Respublikası ərazisində Ümumdünya Meteorologiya Təşkilatının təlimatlarına uyğun olaraq radiometeoroloji və aeroloji müşahidə şəbəkəsinin inkişafı barədə Nazirliyə təkliflər verir; 

10.16. Radiometeoroloji və aeroloji məlumatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının ərazisi daxilində, regional və beynəlxalq səviyyələrdə mübadiləsini həyata keçirir; 

10.17. Hidrometeoroloji proseslərə, iqlimə, təbii mühitə antropogen fəaliyyətin təsirini təhlil edir və onun mənfi nəticələrinin aradan qaldırılması üzrə tövsiyyələr hazırlayır; 

10.18. Fövqəladə hadisələrə gətirib çıxaran, yaxud əhali və iqtisadiyyat üçün təhlükə törədən və dağıntılarla nəticələnən təhlükəli hidrometeoroloji hadisələrin vurduğu ziyanın minimuma endirilməsi məqsədi ilə mövcud üsul və metodları vaxtaşırı olaraq təkmilləşdirir; 

10.19. Hidrometeorologiya sahəsində məlumatların toplanması, istifadəsi, ötürülməsi , regional və beynəlxalq səviyyədə məlumatlar mübadiləsi üçün Ümumdünya Meteorologiya Təşkilatının təlimatlarına uyğun olaraq informasiya və telekommunikasiya sisteminin yaradılması və istismar edilməsi haqqında Nazirliyə təkliflər verir və bu işlərin keçirilməsini təmin edir; 

10.20. Hidrometeoroloji müşahidələrin vahid sistemdə aparılmasını, müvafiq milli və beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edir; 

10.21. Hidrometeorologiya sahəsində mütərəqqi üsulların tətbiqi məqsədi ilə metodik göstəriş, təlimatların təkmilləşdirilməsi barədə Nazirliyə təkliflər verir və tətbiq olunmasını təmin edir; 

10.22. İstismarında olan bütün növ hidrometeoroloji cihaz və ölçü vasitələrinin vaxtaşırı attestasiyasını, etalon cihazlarla tutuşdurulmasını və yoxlanılmasının təmin edilməsi məqəsədi ilə ölçü vasitələrinin siyahısını Nazirliyin Metrologiya və Standartlaşdırma Mərkəzinə təqdim edir; 

10.23. İqlimin qlobal və regional dəyişmələri üzrə müşahidələr və tədqiqatlar aparır, milli iqlim proqramını həyata keçirir; 

10.24. Nazirlik tərəfindən təsdiq edilmiş qayda və normalara uyğun olaraq mürəkkəb fiziki-coğrafi şəraitdə (yüksək dağlıq zonada, adada, açıq dənizdə) ətraf mühitin hidrometeoroloji rejimi üzrə müşahidələr və işlər aparan işçilərini xüsusi geyim, ərzaq və digər fərdi mühafizə vasitələri ilə təmin edir; 

10.25. Nazirlik tərəfindən Departanmentə həvalə edilmiş qanunvericiliyə uyğun digər funksiyaları həyata keçirir. 


IV.Departamentin hüquqları. 

11.Departament, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 

11.1.Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində fəaliyyətinin təkmilləşdirilməsi, habelə struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək; 

11.2. Struktur bölmələrinin, müşahidə şəbəkə və məntəqələrinin beynəlxalq standartlara uyğun olaraq texniki təminatının həyata kçirilməsi məqsədi ilə Nazirliyə təkliflər vermək; 

11.3.Müşahidə şəbəkə və məntəqələrin reprezentativliyinin (xarakterikliyinin) təmin edilməsi məqsədi ilə stansiya və məntəqələr üçün ayrılmış ərazilərdə hər hansı fəaliyyət növünün qarşısının alınması və bu istiqamətdə yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlərdən İstifadəyə Dövlət Nəzarəti Müfəttişliyinə məlumat vermək; 

11.4.Qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə Nazirliklə razılaşdırılmaqla bağlanmış müqavilələr əsasında hidrometeorolji hadisələr dolunun və qar uçqunlarının qarşısının alınması, süni yağışların yağdırılması, buludların dağıdılması, erkən şaxtaların qarşısının alınması və s.) üzrə fəal təsir işlərini həyata keçirmək; 

11.5.Qanunvericiliyə uyğun olaraq digər hüquqlara malik olmaq. 


V. Departamentinin fəaliyyətinin təşkili

12. Departamentə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir. 

13. Direktor Departamentə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə məsuliyyət daşıyır. 

14. Direktor aşağıdakı səlahiyyətlərə malikdir: 

14.1. Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 

14.2. Müəyyən edilmiş əməyin ödənilməsi fondu daxilində Departamentin xərclər smetasını və ştat cədvəlini hazırlayır, təsdiq olunmaq üçün Nazirliyə təqdim edir; 

14.3. Öz səlahiyyətləri daxilində Departamentin fəaliyyətinə dair icrası məcburi olan əmr, sərəncam və göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır; 

14.4. Departamentin nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür. 

15. Departamentin kadr, hüquq, maliyyə-mühasibatlıq və kargüzarlıq xidmətləri Nazirliyin müvafiq qurumlarının funksional tabeliyində fəaliyyət göstərir, öz işlərini Nazirliyin aidiyyəti idarələrinin göstərişləri, qaydaları, təlimatları və digər rəhbər sənədləri əsasında qururlar. 

16. Departamentin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan bir direktor müavini, baş mühəndisi və baş sinoptiki vardır. 


VI. Departamentin yenidən təşkili və ləğv edilməsi

17. Departament qanunvericilikdə nəzərdə tutulmuş qaydada, o cümlədən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin Əmri ilə yenidən təşkil olunur və ləğv edilir.