Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
İqlim dəyişmələri bəşəriyyəti narahat edən qlobal problemlərdən biridir. Əhalinin sayının artması, iqtisadiyyatın inkişafı və digər amillər atmosferə atılan istixana effekti yaradan qazların artmasına gətirir ki, bu da öz növbəsində iqlimin istiləşməsini sürətləndirir və bütün ekosistemlərə mənfi təsirlə nəticələnir. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
Bu ilin payız əkin mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 1,5 milyondan artıq ağacın əkilməsi, 25 ton toxumun səpilməsi planlaşdırılır. Artıq torpaq hazırlığı işləri başa çatıb, ərazilər əkinə hazır vəziyyətə gətirilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.