05 Dekabr 2023
İşğaldan azad edilmiş ərazilərdə meşəbərpa tədbirləri davam edir“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü ilin hazırkı dövrünədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində Meşələrin İnkişafı Xidmətinin yerli qurumları tərəfindən ümumilikdə 46 hektar sahədə 5 800 ədəddən artıq ağac əkilib, 3150 kq toxum səpilib.