Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyəti, “AzEkol” MMC, “LIBRAFF” kitab mağazaları şəbəkəsi, “Yapı Kredi Azərbaycan”, “Araz” supermarketlər şəbəkəsinin və “Baku Electronics”in dəstəyi ilə Sumqayıt şəhərində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzinə müxtəlif hədiyyələr (ekoçantalar, kitablar və s.) əldə edəcəklər.
Havaların istiləşməsi meşə və digər yaşıllıq ərazilərdə yanğının baş vermə ehtimalını artırır. Buna uyğun olaraq respublikanın meşə fondu ərazilərində tərəfimizdən qabaqlayıcı profilaktik tədbirlər görülməkdədir.
İyulun 6-sı axşamdan 8-i gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.