28 İyul 2024
Çaylarda faktiki vəziyyətMilli Hidrometeorologiya Xidmətinin iyunun 28-si saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan, Samux rayonu ərazisindən axan Qabırrıçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Astara rayonu ərazisindən axan Təngürüdçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Oğuz rayonu əazisindən axan Əyriçaydan sel keçib.