19 Mart 2026
Qlobal Təkrar Emal Günü münasibətilə regionlarda ekoloji maarifləndirici görüşlər keçirilib18 mart – Qlobal Təkrar Emal Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Nizami Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun əməkdaşlarının birgə təşkilatçılığı ilə “Azerbaijan British College”də ekoloji maarifləndirici görüş təşkil olunub.