04 Mart 2020
Azərbaycanda 3 gün ərzində 64 mindən artıq ağac əkilibRegionlarda yaz ağacəkmə aksiyaları davam edir. “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 7 rayonda ağac əkini həyata keçirilib. Bunu jurnalistlərə Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov bildirib.