30 Dekabr 2025 İstirahət günlərinizi təbiətin qoynunda maraqlı və səmərəli keçirmək üçün hər kəsi milli parklarımızda təşkil olunan tədbirlərdə iştirak etməyə dəvət edirik! 30 Dekabr 2025 Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti olacaq. 29 Dekabr 2025 Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir. 26 Dekabr 2025 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən uşaqlarda ekoloji biliklərin artırılması, ətraf mühitin qorunmasına məsuliyyətli yanaşmanın formalaşdırılması və təbiətin mühafizəsi sahəsinə marağın gücləndirilməsi məqsədilə həyata keçirilən “ETSN-də bir gün” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.