Xəbərlər


“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində ekoloji maarifləndirici görüşlər davam edir

17 Noyabr 2026, 15:50

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində gənclərin ekoloji biliklərinin artırılması və ətraf mühitə qayğıkeş münasibətin təşviqi məqsədilə növbəti görüş Ağcabədi şəhərində yerləşən M.F.Axundov adına 3 nömrəli məktəb-liseydə təşkil olunub.

ETSN-in 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji tarazlığın qorunması və bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib. Həmçinin gündəlik həyatda ekoloji məsuliyyətin artırılmasının vacibliyi vurğulanıb.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.