Xəbərlər


Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Şüvəlanda keçirilib

05 Noyabr 2026, 18:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş tutub.

Aksiya çərçivəsində sakinlər ümumi tutumu 456 litr olan plastik və 45 litr olan şüşə tullantını təhvil verərək əvəzində Eldar şamı, sərv, nar və badam tingləri əldə ediblər.

Təşəbbüsün əsas məqsədi tullantıların çeşidlənməsi və təkrar emalının təşviqinə, yaşıllıqların qorunmasına, ekoloji məsuliyyətin artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.