Xəbərlər


Ucarda ekoloji maarifləndirici görüş keçirilib

12 Oktyabr 2026, 15:02

Gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin mühafizəsində iştirakının təşviqi məqsədilə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti görüş Ucar rayonunda təşkil olunub.

Ucar rayonu 2 nömrəli tam orta məktəbdə keçirilən görüşdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları şagirdlərə ekologiya sahəsində qanunvericiliyin əsas tələbləri, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunmasının əhəmiyyəti barədə məlumat veriblər.

Görüş zamanı ekoloji məsuliyyətin formalaşdırılmasının vacibliyi vurğulanıb, gənclərin təbiətin mühafizəsində fəal rolunun əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.