Xəbərlər


Kürdəmirdə gənclərlə ekoloji görüş keçirilib

09 Oktyabr 2026, 18:12

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbində gənclərlə növbəti ekoloji maarifləndirici görüş keçirilib.

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji məsuliyyət mövzularında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.