Tibbi tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirici görüşlər keçirilib
17 Sentyabr 2026, 18:27
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən Binəqədi rayonu 10 nömrəli Şəhər Poliklinikasında və Beyləqan Rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirici görüşlər keçirilib.
Görüşlər zamanı tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları müzakirə olunub, tullantıların insan sağlamlığına və ətraf mühitə təsirləri, təhlükəlilik dərəcəsinə uyğun çeşidlənməsi və zərərsizləşdirilməsi üsulları barədə məlumat verilib.