“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlim Cəbrayıl rayonunda keçirilib
19 Avqust 2026, 18:35
Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin regional idarələrinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl rayonunun meşə ərazisində “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlim təşkil olunub.
Təlim zamanı meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.