Xəbərlər


“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər keçirilib

17 Avqust 2026, 12:55

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin regional idarələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ağgöl Milli Parkı ərazisində və Xocalı rayonu Ballıca kəndi yaxınlığında “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər təşkil olunub.

Təlimlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində, o cümlədən meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.