Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
07 Avqust 2026, 17:12
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zəngilan rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu, Böyükşor-Pirşağı avtomobil yolunun kənarında, Xətai rayonu, Kazımağa Kərimov küçəsində, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində və Zəngilan rayonu Gəyəli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 83 840 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.