“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlim İsmayıllı rayonunda keçirilib
07 Avqust 2026, 15:43
Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə İsmayıllı rayonunun meşə ərazisində “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlim təşkil olunub.
Təlim zamanı meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.