Xəbərlər


16 sentyabr 2026-cı ildə növbəti hərrac keçiriləcək

07 Avqust 2026, 10:50

İsmayıllı rayonu "Girdimançay" qum-çınqıl yatağından 1 LOT sahə auksion formasında hərraca çıxarılacaq. Yer təkindən istifadə üzrə hərrac saat 11:00-da Əmlak Xidmətləri Məkanında olacaq.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər Agentliyə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31.
Əlaqə nömrəsi: Tel: 0125970168 (daxili: 5022);
Xatırladaq ki, hərraca 5 iş günü qalmış sənəd qəbulu başa çatır.

Elanın digər məlumatları ilə buradan tanış ola bilərsiniz.