Qobustan rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində gənclər üçün növbəti maarifləndirici görüş təşkil olunub.
06 Avqust 2026, 14:20
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin əsas məqsədi gənclərin ətraf mühitlə bağlı bilik və məlumatlılığını artırmaq, onlarda ekoloji məsuliyyət hissini formalaşdırmaq, eləcə də təbiətə qayğıkeş münasibətin təşviqinə töhfə vermək olub.
Görüş çərçivəsində iştirakçılara tullantıların düzgün idarə olunması, biomüxtəlifliyin qorunması, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə hər bir vətəndaşın rolu barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.