ETSN əməkdaşlarına dövlət təltifləri təqdim olunub
31 İyul 2026, 20:35
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan nazirlik əməkdaşlarına medal və müvafiq vəsiqələrin təqdimetmə mərasimi keçirilib.
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov ətraf mühitin və təbii sərvətlərin qorunması sahəsində səmərəli fəaliyyətlərinə görə dövlət təltifinə layiq görülən əməkdaşları təbrik edərək göstərdikləri peşəkarlıq, məsuliyyət və əzmə görə təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.