Xəbərlər


BMT-nin Ətraf mühit Proqramının nümayəndələri ilə Azərbaycanda çox təhlükəli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi məsələləri müzakirə edilib

30 İyul 2026, 18:00

Azərbaycanda iqlim dəyişikliyinə dayanıqlılığın artırılmasına yönəlmiş çox təhlükəli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi məsələləri ilə bağlı BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Finlandiya Meteorologiya İnstitutu və digər tərəfdaşlarla onlayn formatda görüş keçirilib.

Görüş zamanı erkən xəbərdarlıq və hidrometeorologiya sahəsində dövlət investisiyaları hesabına görülən mühüm işlərdən, dövlət proqramları çərçivəsində nəzərdə tutulan gələcək addımlardan bəhs edilib, birgə fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda 2026-cı ilin 7–11 sentyabr tarixlərində keçiriləcək Bakı İqlim Həftəsinə töhfə məqsədilə birgə yan tədbirin təşkili ilə bağlı imkanlar nəzərdən keçirilib.