Xəbərlər


Xəzər dənizinin Hövsan sahilində növbəti təmizlik aksiyası keçirilib

30 İyul 2026, 18:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında Xəzər dənizinin Hövsan sahilində ekokönüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası baş tutub.

Sahilboyu ərazilərin tullantılardan təmizlənməsi, dəniz ekosisteminin qorunması və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi məqsədilə keçirilən aksiya zamanı sahildən tullantılar toplanaraq aidiyyəti üzrə təhvil verilib.

Bu təşəbbüslərlə hər kəsi dəniz sahillərinin və digər təbiət ərazilərinin təmizliyinin qorunmasına töhfə verməyə və ətraf mühitin mühafizəsində fəal dəstək verməyə çağırırıq.