Xəbərlər


Abşeron Milli Parkında “Shah Dili Trail” yarışı keçirilib

10 İyun 2026, 18:15

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin və Azərbaycan Atletika Federasiyasının dəstəyi, Race.az və Abşeron Milli Parkının təşkilatçılığı ilə Azərbaycanın ən ucqar şərq nöqtəsi olan Şah Dili ərazisində “Shah Dili Trail” qaçış yarışı baş tutub.

300-dən artıq iştirakçı və könüllünün qatıldığı tədbir çərçivəsində uşaqlar və böyüklər üçün müxtəlif məsafələr üzrə yarışlar təşkil olunub. Böyüklər üçün nəzərdə tutulan 10 kilometrlik marşrut iştirakçılara ölkənin ən ucqar şərq nöqtəsi hesab edilən Şah Dili burnuna qədər qaçmaq imkanı yaradıb.

Abşeron yarımadasının unikal təbiəti boyunca uzanan marşrut iştirakçılara Xəzər dənizi sahili boyu yarışmaqla yanaşı, bölgənin biomüxtəlifliyini və unikal təbii landşaftını yaxından müşahidə etmək fürsəti qazandırıb.

“Shah Dili Trail” idman, ekoloji turizm və təbii irsin təbliğini bir araya gətirərək sağlam həyat tərzinin təşviqinə, ekoloji maarifləndirmənin artırılmasına və ölkəmizdə təbiət yönümlü turizmin inkişafına töhfə verib.